ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində naməlum şəxsin avtomobildən yoldan keçənlərə atəş açması nəticəsində ən azı 6 nəfər ölüb
“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, yerli polisin verdiyi məlumata əsasən, daha üç nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
“Kimsə dairədə öz avtomobilində gəzərək qarşısına çıxanları güllələyib”, - hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Təxmin edilən şübhəli şəxsi - 50 yaşlarında ağdərili kişi - hələ də azadlıqdadır, telekanal qeyd edir.
Polis cinayətkarın hadisə yerindən qaçdığı Chevrolet HHR avtomobilini axtarır.
Son xəbərlər
Son Xəbərlər