ABŞ-da yoluxanların sayı 2 milyonu ötdü

abs-da-yoluxanlarin-sayi-2-milyonu-otdu
Oxunma sayı: 910

ABŞ-da koronavirusa yoluxanların sayı 2 007 449-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, son sutka ərzində ölkədə 18 905 nəfər COVID-19-a yoluxub, 373 nəfər isə dünyasını dəyişib. Birləşmiş Ştatlarda indiyədək pandemiyadan 112 469 ölüm faktı qeydə alınıb. Ümumilikdə 761 708 pasiyent isə müalicə olunaraq sağalıb.

Nyu-York ştatı isə yoluxma və ölüm hallarına görə ölkədə birinci yerdə qərarlaşıb. Ştatda bu günə qədər 398 828 yoluxma faktı qeydə alınıb, 30 442 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.