Dallas beynəlxalq aeroportundan havaya qalxan yüngülmühərrikli Pilatus PC-12/77 təyyarəsi ABŞ-ın Texas ştatında yerə düşüb.
“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, uçuşdan sonra pilot mühərrikdə problemlərin olması barədə məlumat verib.
O, qəza enişi etməyə cəhd edib, nəticədə yanğın başlayıb. Pilot xəstəxanaya yerləşdirilib, digər xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər