ABŞ-da yüzlərlə insan işsizlik müavinəti üçün növbəyə durdu

abs-da-yuzlerle-insan-issizlik-muavineti-ucun-novbeye-durdu
Oxunma sayı: 1579

ABŞ-ın Florida ştatında işsizlik müavinəti üçün minlərlə insanın müraciət etməsi uzun növbələrə səbəb olub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, onlayn müraciət sistemində texniki problemlər yaşandığı üçün yüzlərlə insan müraciət üçün mərkəzə axın edib. Bildirilir ki, işsizlik müavinəti üçün 3 həftədə edilən müraciət sayı keçən il üzrə müraciətlərin ümumi sayını ötüb. Belə ki, Florida ştatında martın 15-dən etibarən işsizlik müavinəti üçün 520 min müraciət qeydə alınıb. 2019-cu ildə isə ştat üzrə il boyu 326 min müraciət olub.

Qeyd edək ki, Florida və Nevada ştatları pandemiya fonunda turistik səfərlərin azalması səbəbindən ən çox iqtisadi zərər dəyən ştatlar siyahısındadır.