ABŞ-dakı hadisələrdən sonra Mayamidəki evini satır

abs-daki-hadiselerden-sonra-mayamideki-evini-satir
Oxunma sayı: 10499

Afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-da başlayan kütləvi iğtişaşlar müğənni Sibel Canı qorxudub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müğənni Mayamidəki villasını satmaq qərarına gəlib. Sibel Can artıq Amerikadakı vasitəçisinə bu barədə təlimat verib. Müğənni uzun müddət Türkiyədən kənara çıxmamaq barədə də qərar qəbul edib.

Qeyd edək ki, Sibel Can Mayamidəki evini 2013-cü ildə satın alıb.