ABŞ-ın Texas ştatında yolun buz bağlaması səbəbindən 100 maşının iştirakı ilə zəncirvari qəza baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində beş nəfər həyatını itirib, 36 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza Dallasla Fort Vort şəhərləri arasındakı avtomagistralda qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə xidməti briqadaları cəlb olunub.
***
Qəza nəticəsində həyatını itirənlərin sayı 6-ya çatıb.
Bu barədə "CNN" telekompaniyası polisə istinadən xəbər verib.
Son xəbərlər
Son Xəbərlər