ABŞ-dakı soydaşlarımız aksiya keçirib - Fotolar

abs-daki-soydaslarimiz-aksiya-kecirib
Oxunma sayı: 2017

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayan Güney və Quzey azərbaycanlı soydaşlarımızın bir qrupu Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

"Qafqazinfo" xəbər verir ki, Aksiyanın təşkilatçılarından biri İkram Cəlilin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törətdiyi təxribatlara etiraz edən aksiyaçılar işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Ermənistan rəhbərliyindən terrorçu-təxribatçı siyasətə son qoymasını tələb ediblər. Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul olunmuş bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinə verilib.