ABŞ-dan 15 iyul xəbərdarlığı

abs-dan-15-iyul-xeberdarligi
Oxunma sayı: 780

ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədə olan vətəndaşlarını 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü səbəbiylə diqqətli olmağa çağırıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə səfirliyinin internet saytında açıqlama yayılıb.

“15 iyul və əvvəlki günlərdə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar olaraq ictimai yerlərdə toplantı və mitinqlər kimi böyük tədbirlər reallaşa bilər. ABŞ-ın Türkiyə Səfirliyi, Türkiyədə yaşayan və ya bu ölkədə səyahət edən amerika vətəndaşlarını diqqətli olmağa və böyük izdihamlardan uzaq durmağa çağırır”, deyə açıqlamada qeyd edilib.

Səfirlik həmçinin yerli mətbuatı izləməyi və dinc yürüşlərin belə qarşıdurma riski daşıdığını bildirib.