ABŞ-dan Bakı və İrəvana çağırış

abs-dan-baki-ve-irevana-cagiris
Oxunma sayı: 1721

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistanı humanitar məsələlər üzrə fəal dialoqa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Entoni Blinken bu barədə ATƏT-in xarici işlər nazirlərinin Stokholmda keçirilən iclasında çıxışı zamanı danışıb.

“Biz Azərbaycan və Ermənistan arasında, hər iki ölkənin hökumətləri arasında birbaşa dialoqun bərpa edilməsini alqışlayırıq”, - deyə Blinken bildirib.

Blinken, həmçinin Bakı və İrəvanı sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına səsləyib.