ABŞ-dan bu məhsulların idxalına qoyulan qadağa götürüldü

abs-dan-bu-mehsullarin-idxalina-qoyulan-qadaga-goturuldu
Oxunma sayı: 1023

Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinə məlumat verilib.