İsrailin baş naziri Binyamin Netanyahunun İranın gizlicə nüvə silahı istehsalı ilə məşğul olduğunu təsdiqləyən sənədlər əldə etdiklərini söyləməsindən sonra ABŞ məsələyə münasibət bildirib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, xarici işlər naziri Mayk Pompoe “2015-ci ildə bağlanan razılaşma xoşniyyətli deyildi” deyib: “İsrailin təqdim etdiyi sənədlərin hamısı yeni və gerçəkdir. Bu isə onu göstərdi ki, İranla imzalanmış müqavilə xoş niyyətə və şəffaflığa əsaslanmır”.
Pompeo müqavilənin düzəldilməyəcyi təqdirdə, prezident Donald Trampın sazişdən çəkiləcəyini bildirib.
Xatırladaq ki, Netanyahu İranın gizlicə nüvə proqramını yerinə yetirməsi ilə bağlı yarımtonluq sənədlər əldə etdiklərini bildirmişdi.
Nuranə
Son xəbərlər
Son Xəbərlər