ABŞ-dan İrana yeni sanksiyalar

abs-dan-irana-yeni-sanksiyalar
Oxunma sayı: 1262

ABŞ Maliyyə Nazirliyi İranın 3 qurumuna sanksiya tətbiq edib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, həmin qurumlar “Ansare-Hizbullah”, Tehran həbsxanası və Hanista Proqramlaşdırma Qrupudur.

Onlar insan haqlarını pozmaqda ittiham edilirlər.

Həmçinin, 6 nəfər də sanksiyalara məruz qalıb. Onların arasında İran Radio və Televiziya Qurumunun direktoru Əbdüləli Əli-Əsgəri də yer alıb.