ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama

ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk
Oxunma sayı: 2268

ABŞ-ın Ankaradakı səfirliyi iyunun 23-də keçirilən İstanbulun bələdiyyə sədri seçkiləri ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qeyri-rəsmi nəticələrinə əsasən, CHP-li namizəd Əkrəm İmamoğlunun qələbəsi elan olunduqdan sonra səfirliyin Tvitter səhifəsində bu mesaj yayımlanıb:

“Avropanın ən böyük şəhərini idarə edəcək Əkrəm İmamoğluna xoş arzularımızı çatdırırıq. İstanbullular təşəbbüskar demokratiya nümunəsi sərgilədilər və səs verib səslərini eşitdirmək üçün sandığa getdilər”.

Xatırladaq ki, YSK-nın qeyri-rəsmi nəticələrinə əsasən, İmamoğlu 54,21 % səslə İstanbulun bələdiyyə sədri seçilib. Onun rəqibi – AKP-li Binəli Yıldırım isə 44,99% səs toplayaraq səsverməni uduzub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi