ABŞ-dan Kipr açıqlaması

abs-dan-kipr-aciqlamasi
Oxunma sayı: 773

“ABŞ İsveçrənin Crans Montana şəhərindəki Kipr Konfransının razılaşma əldə edilmədən sona çatmasına təəssüf edir”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Hiter Nauert nəticəsiz bitən danışıqlarla bağlı açıqlamasında bildirib.

“ABŞ İsveçrənin Crans Montana şəhərindəki Kipr Konfransının razılaşma əldə edilmədən sona çatmasına təəssüf edir. Bu prosesdə səy göstərən bütün tərəflərə və BMT nümayəndə heyətinə təşəkkür edirik. ABŞ, bütün kiprlilərin xeyrinə olacaq şəkildə adanın iki zonalı və iki icmalı bir federasiya olaraq yenidən birləşməsi səylərinə dəstək verməyə davam edəcəkdir”, deyə yazılı açıqlamada qeyd edilib.

Xatırladaq ki, tərəflər arasında müzakirələr 2015-ci ildən başlayıb.