ABŞ-dan Maduroya qarşı sanksiya

abs-dan-maduroya-qarsi-sanksiya
Oxunma sayı: 764

ABŞ Maliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi xəbərə görə, Maduronun ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onunla işgüzar əlaqədə olmaq qadağan olunub.

ABŞ Konqresindən olan mənbənin sözlərinə görə, nazirlik Venesuelaya qarşı neft sanksiyalarını həyata keçirməyi də nəzərdən keçirir.