ABŞ-dan Qüdslə bağlı vacib qərar

abs-dan-qudsle-bagli-vacib-qerar
Oxunma sayı: 2956

ABŞ prezidenti Donald Tramp çərşənbə günü rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin yüksək vəzifli nümayəndəsi söyləyib.

“Prezident dekabrın 6-da ABŞ-ın rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bəyan edəcək”, -deyə məlumatda bildirilib.

Ağ Evdən qeyd ediblər ki, Qüdslə bağlı qərar ABŞ-ın İsrailin sərhədləri ilə bağlı siyasətini dəyişdirməyəcək.