ABŞ-dan Sarkisyanla Əliyevin Vyana görüşünə - Şərh

abs-dan-sarkisyanla-eliyevin-vyana-gorusune
Oxunma sayı: 1545

ABŞ Dövlət Departamenti Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçən görüşü müsbət qiymətləndirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Con Kirbi bəyanat verib. Onun sözlərinə görə, Dövlət Departamenti hesab edir ki, Qarabağ münaqişəsinin tərəfləri əldə edilən razılığı həyata keçirməlidir: “Bu, müsbət görüş, düzgün addım idi”.

Xatırladaq ki, mayın 16-da Vyanada həmsədrlər, həmçinin ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Serj Sarkisyanla İlham Əliyevin görüşü baş tutmuşdu. Görüşün nəticəsi olaraq prezidentlər münaqişə zonasında baş verən insidentləri araşdırmaqla bağlı razılığa gəlmişdilər.