ABŞ-dan suriyalı qaçqınlara vəd

abs-dan-suriyali-qacqinlara-ved
Oxunma sayı: 677

ABŞ bu ilin sonunadək ölkəyə 10 min suriyalı qaçqın qəbul edəcək.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib. Kerri Suriyada olan vətəndaşlara və digər ölkələrdəki suriyalı qaçqınlara yardımların davam edəcəyini bildirib.

O, “Daha əvvəl müəyyənləşdirdiyimiz kimi, 10 min suriyalı qaçqını ölkəyə qəbul etmək hədəfini həyata keçirəcəyik. ABŞ təhsil, səhiyyə və qida ehtiyacları üçün 439 milyon dollar bağışlayacaq”,-deyə açıqlama verib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu il 10 min suriyalı qaçqın qəbul edəcəklərini açıqlamışdı. Bu günə qədər ölkə minə yaxın suriyalını qəbul edib.

Aysel Kərimova