ABŞ-dan Türkiyə üçün təcili terror - Xəbərdarlığı

abs-dan-turkiye-ucun-tecili-terror-
Oxunma sayı: 1761

ABŞ Türkiyədəki vətəndaşlarına turistik bölgələrdə terror təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki vətəndaşlarına göndərdiyi elektron məktublarda terror təhlükəsi olduğunu qeyd edib. Məlumata görə, “Təcili mesaj” başlığı ilə göndərilən ismarıclarda “Terror təşkilatları Türkiyədəki populyar turistik mərkəzlərə hücum imkanı axtarır. ABŞ bu barədə möhkəm dəlillər əldə etməyi davam etdirir”, -ifadələri yazılıb.

Göndərilən elektron məktublarda “Türkiyədəki xarici turistlərin terror təşkilatları tərəfindən hədəf alındığı” da qeyd edilib.

Aysel Kərimova