ABŞ-dan Türkiyədə toxunulmazlığın ləğvi ilə bağlı - Açıqlama

abs-dan-turkiyede-toxunulmazligin-legvi-ile-bagli
Oxunma sayı: 2247

ABŞ Türkiyə parlamentində toxunulmazlığın qaldırılması ilə bağlı konstitusiya dəyişikliyinin leyhinə keçirilən səsverməni şərh verib.

Qafqazinfo” xəbər verir ki, ABŞ-ın Xarici İşlər Nazirliyi açıqlamasında “Türkiyə demokratiyanın keyfiyyətini korlaya bilər” ifadəsini işlədib:

ABŞ parlamentin 100-dən çox millət vəkilinin toxunulmazlığını ləğv edəcək konstitusiya dəyişikliyinin Türkiyədə söz azadlığı üzərində mənfi təsirlərinin olacağından narahatdır. Müzakirəyə səbəb olacaq, yaxud narahatlıq yaratmış olsa belə, siyasi məzmunlu düşüncə azadlığının möhkəm qorunub saxlanılmalı olduğunu düşünürük. Bu, ölkə vətəndaşları tərəfindən seçilən təmsilçilərə aid olduğu üçün xüsusilə önəmlidir”.