ABŞ-dan Türkiyədəki terrorla bağlı maraqlı - Açıqlama

abs-dan-turkiyedeki-terrorla-bagli-maraqli
Oxunma sayı: 3473

Atatürk Hava limanında baş verən terror aktı ilə bağlı ABŞ-dan ilk açıqlama gəlib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın ədliyyə naziri Loretta Lynch açıqlamasında bildirib ki, baş verən terrorla bağlı ona gələcək hesabatları gözləyir, eyni zamanda ölkəsi Türkiyəyə hər cür yardıma hazırdır.

Artıq baş verən terrorla bağlı ABŞ prezidenti Obamanın da məlumatlandırıldığı bildirilir.

ABŞ xarici işlər naziri Con Kerrinin açıqlaması ilə maraqla qarşılanıb. Belə ki, Kerri açıqlamasında terror hücumu ifadəsini işlətmədən “Nə olduğunu və kimlər tərəfindən həyata keçirildiyini araşdırırıq. Qarşımıza çıxan ilk çətinlik dövlət xaricindəki, şiddət tərəfdarı olan aktyorlarla üzləşməkdir” cümləsinə yer verib.