ABŞ-dan Ukraynaya Rusiya ilə bağlı çağırış

abs-dan-ukraynaya-rusiya-ile-bagli-cagiris
Oxunma sayı: 984

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna tərəfindən rusiyalı müşahidəçiləri seçkilərə buraxmağı tələb edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən xəbərinə görə, Volker ATƏT-in tərkibində rus müşahidəçilərin 31 mart seçkilərində iştirakının Ukraynadakı seçkilərin beynəlxalq səviyyədə tanınmasına kömək edəcəyini bildirib.

“Heç bir oyun yoxdur. Ukrayna öz demokratik institutlarına etibar etməlidir”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Ukrayna dövlət başçısı Petro Poroşenko bir neçə gün öncə prezident seçkilərində ATƏT müşahidəçiləri tərkibində olan Rusiya vətəndaşlarının ölkəyə girişinə buraxılmamağına dair Dövlət Sərhəd Xidmətinə əmr verəcəyini açıqlayıb.

Prezidentliyə seçkilərdə bugünə qədər 37 namizəd qeydiyyatdan keçib. Proses fevralın 8-də yekunlaşacaq.