ABŞ-dan Venesuelanın neft şirkətinə sanksiya

abs-dan-venesuelanin-neft-sirketine-sanksiya
Oxunma sayı: 1033

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi Venesuelanın dövlət neft şirkəti PDVSA-ya sanksiya tətbiq edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərarı Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və maliyyə naziri Stiven Mnuçin açıqlayıb.

Mnuçin bu şirkətlə əməkdaşlıq edənlərə də xəbərdarlıq edərək sanksiya qərarına riayət etmələrinin vacib olduğunu deyib.

Qeyd edək ki, ABŞ Venesuelada inqilaba cəhd edən müxalifət lideri Xuan Quaydonu rəsmən prezident olaraq tanıyıb.