ABŞ-dan vətəndaşlarına məsləhət - “İrana getməyin”

abs-dan-vetendaslarina-meslehet
Oxunma sayı: 2261

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etmənin təhlükəli olması barədə xəbərdarlıq edib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.

“İran siyasətinin müəyyən məqamları ABŞ sakinləri üçün təhlükəlidir. Bu səbəbdən xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, sahibkarlar və alimlər, İrana səfər etməkdən çəkinməlidir. Bu ölkədə amerikalıların saxlanılması faktları istisna edilmir”, - məlumatda bildirilir.

Sözü gedən tövsiyyənin xüsusi ilə ikili vətəndaşlığa sahib olan şəxslərə aid olduğu vurğulanıb.