ABŞ-a məxsus 250 dəniz piyadası Suriyanın Hasek şəhərinə yollanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Al Arabiya telekanalı xəbər verib. Məlumata görə, daşınma bir neçə özəl təyyarə ilə həyata keçirilib və hərbi dəstənin tərkibində xeyli sayda ağır texnika var.
Bildirilir ki, bu qüvvələr şəhərin kürd qoşunları olan hissəsinə yönəldiləcək.
Son xəbərlər
Son Xəbərlər