ABŞ-dan YSK-nın İstanbulla bağlı qərarına münasibət

abs-dan-ysk-nin-istanbulla-bagli-qerarina-munasibet
Oxunma sayı: 2938

ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin Ali Seçki Komissiyasının (YSK) İstanbulun bələdiyyə seçkilərinin nəticələrinin ləğvi qərarına münasibət bildirib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, nazirliyin yazılı açıqlamasında deyilir:

“Türkiyənin digər dostları kimi biz də İstanbul seçkilərinin yenilənməsi ilə bağlı bu qeyri-adi vəziyyəti nəzərimizdə saxlayırıq. Türkiyənin uzun və qürurlu demokratiya ənənəsi var. Türk rəsmilərə bu seçki müddətini qanunlara uyğun şəkildə davam etdirmək çağırışını edirik”.