ABŞ-də atışma - Ölənlər var

abs-de-atisma
Oxunma sayı: 2191

ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində atışma baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1-i uşaq olmaqla altı nəfər həlak olub.

Belə ki, atışma Qoşendəki evlərdən birində baş verib.

Hazırda polis hadisə yerindən qaçan iki şübhəlini axtarır.

Bildirilib ki, hadisə cinayətkar dəstələrin fəaliyyəti ilə bağlıdır.