ABŞ-nin Ohayo ştatının Yanqstaun şəhərinin mərkəzində, birinci mərtəbəsində bank yerləşən binada partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Yanqstaun yanğınsöndürmə rəisi Barry Finli bildirib ki, partlayış nəticəsində bir bank işçisi ölüb, 7 nəfər yaralanıb.
Bina boşaldılarkən ətraf küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.