ABŞ-də elektromobilin iştirakı ilə ilk qəza, ölən var - Foto

abs-de-elektromobilin-istiraki-ile-ilk-qeza-olen-var
Oxunma sayı: 1660

ABŞ-də “Cybertruck” elektromobilinin iştirakı ilə ölümlə nəticələnən ilk yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Sputnik Belarus”a istinadən xəbər verir ki, avtomobil bəlli olmayan səbəbdən yoldan çıxıb və beton boruya çırpılıb. Daha sonra “Cybertruck” yanıb.

Sürücü hadisə yerində həyatını itirib.

Texas polisi hadisənin başvermə səbəblərini araşdırır.

Qeyd edək ki, “Cybertruck” amerikalı milyarder İlon Maskın “Tesla” şirkəti tərəfindən istehsal olunub.