ABŞ-nin Alyaska ştatı sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin mənbəyinin 12 km dərinlikdə yerləşdiyi məlum olub.
Yeraltı təkanların episentri təxminən 1 min nəfər əhalisi olan Sand Poyt şəhərindən 90 km aralıda yerləşib.
Son xəbərlər
Son Xəbərlər