ABŞ-də “Helen” qasırğası 200 can aldı

abs-de-helen-qasirgasi-200-can-aldi
Oxunma sayı: 1094

ABŞ-də “Helen” qasırğası nəticəsində 200-ə yaxın adam ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat yayıb.

Xilasedicilər hələ də çoxlu insan itkin düşmüş hesab edildiyindən qurbanların sayının arta biləcəyini istisna etmirlər.

Bildirilir ki, təbii fəlakət ilk növbədə altı ştata təsir edib: Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniya.

Cümə axşamı səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolinadadır.