ABŞ-də konsertdə dolu yağdı - 100-ə yaxın insan xəsarət aldı

abs-de-konsertde-dolu-yagdi
Oxunma sayı: 2375

ABŞ-nin Kolorado ştatında “One Direction”ın keçmiş solisti Lui Tomlinsonun solo konsertinə gələn yüzə yaxın tamaşaçı yağan dolu səbəbindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə “Qafqazinfo” “Sky News”a istinadən xəbər verir.

Hər şey sənətçinin “Red Rocks” amfiteatrının səhnəsinə çıxmazdan əvvəl baş verib. Hava kəskin şəkildə dəyişib və çox sayda insan doluya düşüb.

Xəsarət alanlardan yeddisi xəstəxanaya yerləşdirilib.

31 yaşlı ifaçı konsertini dayandırmalı olub və qeyri-müəyyən vaxta keçirib.