ABŞ-də kosmik müharibə başlayır

abs-de-kosmik-muharibe-baslayir
Oxunma sayı: 6712

ABŞ iki “Jackal” peykini sınaqdan keçirəcək.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, qurğular orbitə “SpaceX” raketi ilə göndəriləcək.

Bildirilib ki, peyklər kosmosda hərbi əməliyyatlar aparmaq üçün buraxılacaq. Belə ki, bu, digər peyklərlə yanaşı manevr edərək müşahidə və silah sistemlərini aşkarlaya biləcək. Həmçinin peyklərin rabitə vasitələrinə də müdaxilə edə biləcəyi də açıqlanıb.

Qeyd edək ki, peykin 2023-cü ilin oktyabr ayında buraxılması nəzərdə tutulub.