ABŞ ordusunun hərbi məlumatlarını internetə sızdırmaqda şübhəli bilinən Amerika vətəndaşı həbs edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-nin ədliyyə naziri Merrik Qarland açıqlama verib.
Onun Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat qanadının üzvü, 21 yaşlı Cek Teyşeyra olduğu bildirilib.
Federal Təhqiqat Bürosu (FTB) və asayiş keşikçiləri tərəfindən həyata keçirilən həbsin “insidentsiz” başa çatdığını bildirən Qarland, işə Massaçusets Rayon Məhkəməsində baxılacağını deyib.
Son xəbərlər
Son Xəbərlər