ABŞ-də yaşayan müxtəlif millətlərdən olan müsəlmanlar Ramazan bayramı ilə əlaqədar şəhərlərindəki məscidlərə axın edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Vaşinqtona yarım saatlıq məsafədə yerləşən Amerika Din Mərkəzində (DCA) müxtəlif millətlərdən yüzlərlə müsəlman bir araya gəlib.
ABŞ-nin ən böyük məscidlərindən birinə ev sahibliyi edən Merilənd ştatının mərkəzində bayram namazına bir yerdə dayanan dindarlar namazdan sonra bayramı birlikdə qeyd ediblər.
Nyu York əyalətinin Bronks bölgəsindəki bir park da bayram namazı üçün bir araya gələn minlərlə müsəlmanın fərqli geyimləri və öz mədəniyyətlərini təmsil edən səccadələri ilə rəngarəng görüntülərə şahidlik edib.
Nyu-Cersi ştatında yaşayan türk və müsəlman icmasının üzvləri Kliffsayd parkında yerləşən Bergen Dini Məscidi və Mədəniyyət Mərkəzində bayram namazı qılıb, dünya müsəlmanları üçün dualar ediblər.










Son xəbərlər
Son Xəbərlər