ABŞ-də qeyri-sabit hava 9 nəfərin həyatına son qoydu

abs-de-qeyri-sabit-hava-9-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1197

ABŞ-nin cənubunda tornado və leysan nəticəsində azı doqquz nəfər həyatını itirib.

Bu barədə “Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tornado və leysana səbəb olan siklon ölkənin şimal-şərqinə doğru hərəkət edir. Proqnozlara görə, bu səbəbdən orada güclü qar yağa bilər.

Poweroutage.us portalı qeyd edir ki, təbii fəlakət nəticəsində 1,4 milyondan çox ev və müəssisə elektrik enerjisiz qalıb.