ABŞ-də rus iş adamlarının aktivlərini - Müsadirə etməyin yolları axtarılır

ABŞ-də rus iş adamlarının aktivlərini
Oxunma sayı: 958

ABŞ rusiyalı iş adamlarının dondurulmuş aktivlərini tapıb müsadirə etməyin yollarını araşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Nəşrin sözlərinə görə, son aylarda federal prokurorlar Rusiya nümayəndələrinin daşınmaz əmlakını, pul hesablarını və etibar fondlarını tapmaq və sonradan ələ keçirmək cəhdi ilə bağlı xeyli sayda çağırış vərəqələri göndəriblər.

Bildirilib ki, bu, Qərbin Ukraynaya hərbi yardımı üçün yeni maliyyə mənbələri tapmaq və ölkəni bərpa etmək istiqamətində ümumi səylərinin bir hissəsidir.

Bununla yanaşı, amerikalı məmurlar hüquqşünaslar, mühasiblər və maliyyəçilər tərəfindən gizlədilən aktivlərin axtarışı mərhələsində çətinliklərlə üzləşirlər. Buna görə də onların müsadirəsi və Kiyevə köçürülməsi də mürəkkəbləşib.