ABŞ-də silahlı hücum - 4 ölü, 4 yaralı

abs-de-silahli-hucum
Oxunma sayı: 1530

ABŞ-nin Filadelfiya şəhərində bir nəfərin ətrafa atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Filadelfiya polisi hadisəni təsdiqləyib.

Hücumla bağlı bir nəfərin saxlanıldığı açıqlanıb.

Bildirilib ki, şübhəli şəxs gülləkeçirməz jilet geyinib, üzərində tüfəng və tapança olub.

Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.