ABŞ-də zəlzələ oldu

abs-de-zelzele-oldu
Oxunma sayı: 1470

ABŞ-nin Kaliforniya ştatında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri Barstou şəhərindən 22 km şimal-şərqdə olub. Zəlzələ 7,9 km dərinlikdə yerləşib.

Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.