“ABŞ demokratiya dərsi keçməkdənsə...”- - "İrəli"nin sədri

abs-demokratiya-dersi-kecmekdense-
Oxunma sayı: 1514


“Qafqazinfo”nun verdiyi xəbər görə, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.

M.Seyidov qeyd edib ki, ABŞ Dövləti tərəfindən hər zaman Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir: “Azərbaycan müstəqil dövlətdir. 3 min ildən artıq dövlətçilik kökü olan Azərbaycanın bütün tarixi ərzində etnik, dini və milli zəmində heç bir qarışıqlıq olmayıb. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi etnik, dini və milli müstəvidə qırğın törədilməsi üçün edilən çağırışlara birmənalı şəkildə qadağa qoyub.

Bu gün Azərbaycanın öz milli-mənəvi dəyərlərinə söykənən daxili siyasəti mövcuddur. Müxtəlif vasitələrlə cəmiyyətimizdə “yetişdirilmiş virusların”  təməl prinsiplər üzərində qurulmuş və inkişaf etdirilən Azərbaycan dövlətinə zərər vurmasının qarşısının alınması heç də anti-demokratik deyil. Çünki əgər bötöv bir cəmiyyətə zərər vura biləcək addımın və ya şəxsin qarşısının alınması əslində insanların hüquq və azadlıqlarının təminatıdır. 

Təşkilat sədri bildirib ki, demokratiya, plüralizm və s. kimi şüarlar ABŞ və Qərb üçün konkret spekulyasiya alətidir: “ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcudluğu qeyd olunur. Eyni zamanda ABŞ hüquq mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur. ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Lakin nədənsə bütün bunları ABŞ görməməzdikdən gəlir. 22 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Minlərlə insan müharibənin qurbanına çevrilib, bir milyondan artıq vətəndaş öz yurd yerlərini tərk etmək məcburiyyətində qalıb. Mərkəzi ABŞ-da yerləşən və əsas üzvlərindən biri də ABŞ olan BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası bu gün də həyata keçirilmir. 

Fikrimcə, Amerika Birləşmiş Ştatları insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir.  ABŞ hər hansısa bir dövlətə demokratiya dərsi keçməkdənsə, ilk növbədə öz cəmiyyətlərində demokratiyanın bərqərar olmasına çalışmalıdırlar”.