ABŞ digər ölkələrin daxili işlərinə qarışmağı qanuniləşdirə bilər

abs-diger-olkelerin-daxili-islerine-qarismagi-qanunilesdire-biler
Oxunma sayı: 738

Əgər ABŞ “Əl Qaidə” və “İŞİD” teror təşkilatlarının regional filiallarını BMT-nin terror təşkilatları siyahısına daxil edə bilsə, Vaşinqton üçüncü ölkə ərazisində xüsusi əməliyyatlara başlaya biləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, ABŞ-a imkan verəcək ki, qanun çərçivəsində üçüncü ölkənin daxili işlərinə qarışsın. Bu barədə “İzvestiya” saytı Rusiyanın diplomatik dairələrindəki mənbəsinə istinadən məlumat yayıb. 

Rusiya və Misir kimi ölkələr ABŞ-ın bu təklifinə qarşı çıxıblar. 

Qahirə hesab edir ki, əgər “Əl Qaidə”nin regional bölmələri BMT-nin siyahısına düşərsə, bu o demək olacaq ki, yerli hökumətlər öz gücləri hesabına terrorçularla bacara bilmirlər. 

Moskva isə öz növbəsində hesab edir ki, terrorçuların regional üzvlərinin sayı o qədər də çox deyil və hökumətlər özləri bu təhdidin öhdəsindən gələ bilərlər.