ABŞ diplomatı Suriya danışıqlarında yuxuya getdi - Foto

abs-diplomati-suriya-danisiqlarinda-yuxuya-getdi
Oxunma sayı: 759

Qazıxtanın paytaxtı Astanada Suriya ilə bağlı baş tutan görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stuart Jones divanda yatarkən yaxalanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış diplomatın bu vəziyyəti bəzilərində gülüş doğursa da, bəziləri kritik görüşdə yuxuya getməsini ABŞ-ın Suriyada baş verənlərə qeyri-ciddi yanaşmasının nəticəsi kimi şərh edib. 

Qeyd edək ki, Suriyada 2011-ci ildən başlayan daxili müharibənin həlli üçün Rusiya, Türkiyə, İran, Suriya və Azad Suriya ordusu arasında bir müddətdir ki, Astamada toplantılar keçirilir.