ABŞ Xarici İşlər Nazirliyi artan təhlükəsizlik təhdidlərini əsas göstərərək, Əfqanıstanda məcburi olmayan diplomatik əməkdaşlarının ölkəni tərk etməsini istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ XİN yazılı açıqlama yayıb.
Bildirilib ki, ABŞ vətəndaşları həm koronavirus, həm də təhlükəsizlik səbəbindən Əfqanıstana səyahət etməməyə çağırılıb.
Ölkədən ayrılmaq istəyən amerikalıların ən qısa zamanda ayrılmaları tövsiyə edilən açıqlamada vəzifəsini başqa bir yerdən icra edə bilən bütün ABŞ diplomatik missiya əməkdaşlarının ölkəni tərk etmələri təlimatı verilib.
Ölkədə artan hücumlara və bu hücumların əfqan qüvvələrini olduğu qədər, ABŞ qüvvələrini də hədəf aldığına işarə edilən açıqlamada “terrorizm”, “adam oğurluğu” və “silahlı qarşıdurma” kimi təhdid ünsürlərinin olduğuna diqqət çəkilib.
Son xəbərlər
Son Xəbərlər