ABŞ-la Rusiya arasında Suriya prezidenti Bəşər Əsədin taleyinə dair razılığa gəlinməsi məlumatı həqiqətə uyğun deyil. "Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bəyan edib.
“Bu məlumat tam cəfəngiyatdır. BMT çərçivəsində Suriyada siyasi keçidlə bağlı danışıqlar davam edir. Məsləhətləşmələr aprelin ortalarında bərpa olunmalıdır”, - deyə E.Trüdo bildirib.
Qeyd edək ki, Böyük Britaniyada nəşr olunan “Əl-Həyat” qəzeti ABŞ və Rusiya arasında B.Əsədin taleyinə dair razılığa gəlinməsi, onun digər ölkəyə köçməsi ilə bağlı məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər