ABŞ Dövlət Departamenti öz daxilində dini və etnik nifrəti niyə görmür?

abs-dovlet-departamenti-oz-daxilinde-dini-ve-etnik-nifreti-niye-gormur
Oxunma sayı: 2648

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hər il dünyada insan haqları, dini azadlıqlar və s. dair hesabatlar dərc edir. Bu hesabatların hazırlanması zamanı istifadə olunan mənbələrin mötəbərliyi və yekun sənədlərin obyekttivliyi çoxdan ciddi müzakirə mövzusudur. Münki hesabatlarda adətən eyni ölkələr hədəfə alınır, digərləri isə qəribə şəkildə “qınaqdan” kənarda qalır. Məsələn, dini azadlıqlarla bağlı hesabatlarda Azərbaycanla bağlı ildən ilə təkrarlanan həqiqətdən uzaq iddiaların fonunda qonşu Ermənistanla bağlı iddialar yer almır. Nə məsələdirsə, vaxtilə Ermənistan dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin ,  qəbirsanlıqların dağıdılması faktları ABŞ tərəfindən göz ardı edilir.

Digər tərəfdən, ABŞ-ın özündə vətəndaşların təhlükəsizliyi və ya dini azadlıqlarla bağlı kiçik bir araşdırma bu sahədə  vəziyyətin necə  olması, bütün dünyanın diqqətindən qaçan ABŞ daxili siyasət  reallıqlarını, narahatedici tendensiyaların mövcudluğunu aşkara çıxarır. Üstəlik, aydın olur ki, ölkə daxilinəki vəziyyətə dair hesabatların hazırlanması zamanı bilərəkdən və ya “diqqətsizlikdən”  ciddi nöqsanlara yol verilir. Elə isə, xarici ölkələrlə bağlı hesabatlarda eyni halların olmadığına kim zəmanət verə bilər?

Məsələn, ölkənin  statistik nəşrlərinin rəsmi məlumatlarına görə, ABŞ-da cinayətkarlığın ,dini və etnik zəmində qətllərin  nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7% , 2022 ci ildə isə 9 % artıb. Eyni zamanda, yerli ekspertlər yaxın illərdə kriminal vəziyyətin ciddi şəkildə yaxşılaşacağını proqnozlaşdırmırlar. https://crime-data-explorer.fr.cloud.gov/

Federal Təhqiqat Bürosunun məlumatına görə, ABŞ şəhərlərində zorakılıq cinayətləri son on ildə orta hesabla 12% artıb, adam öldürmə, zorlama və ağır hücumlar isə 25% artıb. https://www.fbi.gov/news/press-releases/fbi-releases-supplemental-2021-hate-crime-statistics

FTB hesabatında qeyd edir ki, son 10 il ərzində ABŞ-ın adəti üzrə sabit və sakit  əraziləri hesab olunan kiçik şəhərlərində adam öldürmə nisbəti orta hesabla 80%-dən çox artıb. Bu qətllər üçün əsas motiv isə dini və etnik zəmində dözümsüzlükdür. Yəni ABŞ Dövlət Departamentinin başı xaricdə məsələləri izləməyə o qədər qarışıb ki, öz daxilində dini və etnik nifrətin mövcud miqyasını izləməyi unudub.

Yerli cinayətkarlığın artım templərinin statistikası həm də onu göstərir ki, ABŞ qaradərililərə, digər etnik mənsubiyyətlərə və dinlərə qarşı irqi qərəzdən qaynaqlanan cinayətlərin sayının durmadan artır. Yalnız bir il ərzində bu növ qətl halları 100 % artıb -  2020-ci ildə  8120 nəfər olan bu göstərici 2021-ci ildə 9065 nəfərə yüksəlib.

FTB-nin tam da reallığı əks etdirməyən bu hesabatına görə 2021-ci ildə nifrət cinayətlərinin qurbanlarının 64,5%-i irqi qərəz,  etnik mənsubiyyət və ya mənşəyə görə qərəzlilik üzərindən  törədilib. Eyni zamanda öldürülənlərin  14,1%-i sırf dini  nifrət üzərindən , dini mənsubiyyətinə görə öldürülənlər olub.  Qətllərin yarıdan çoxu isə antisemitizm və islamafob təzahürlüdür.

Hesabatda göstərilir ki, irqi motivli nifrət cinayətlərinin ən çox sayı – təxminən 2,233-ü afroamerikalılara qarşı qərəzli münasibətdən irəli gəlib. 948  cinayətlər ağlara qarşı qərəzlə motivasiya edilib, anti-ispan qərəzlilik səbəbi ilə  433 cinayət hadisəsi törədilib. Asiyalılara qarşı  nifrət cinayətlərində isə 305 cinayət hadisəsi baş verib.

ABŞ Baş prokuroru Merrik Qarland 2022 ci ildə fərqli din və etnik qruplara qarşı nifrət cinayətləri ilə mübarizəni ABŞ Ədliyyə Departamentinin əsas prioriteti elan etmişdi. Bunun üçün isə 2021-2022 ci ildə nifrət cinayətlərini izləmək və araşdırmaq üçün ştatlara və bələdiyyələrə büdcədən kənarda  maliyyə və texniki resurslar ayrılmasına qərar vermişdi.

Həmçinin nifrət və qərəz zəmində bu cür hadisələrlə bağlı həm cinayət, həm də mülki araşdırmaları aparılması üçün əlavə prokurorlar təyin olunub.

ABŞ Ədliyyə Nazirliyi və Baş prokurorluq  FTB-nin özündə  nifrət cinayətləri ilə bağlı hesabatların tərtib olunması üçün  ölkə daxilində dövlət və yerli hüquq-mühafizə orqanları ilə əlavə əməkdaşlığa başlayıb.

Yuxarıda FTB-nin bu hesabatının reallığı tam da əks etdirməməsi haqqında söz açmışam, belə ki,  FTB ölkə üzrə cinayətlərin  son dərəcə narahatedici tendensiyalar üzrə artım səbəbi ilə , məlumatları  uzun illər gizlədilib. Yerli mühafizəkar camiyə buna haqq qazandırır və bu  addımı Federal Təhqiqat Bürosunun  ABŞ-ın  bütün dünyada simasının qorunması üçün göstərdiyi xidmət kimi dəyərləndirilir.

Hesabatın reallığı tam əks etdirməməsi haqqında mediada tirajlanan iddialara cavab verməyə  məcbur olan Federal Təhqiqat Bürosu bunu  büronun məlumat toplama sistemi ilə əlaqələndirib. Yeni, elektron  məlumat toplama sisteminə  keçdikdən sonra ABŞ-da  milli nifrət cinayəti tendensiyaları haqqında dəhşətli statistika cəmiyyətə şok effekti verib.

Məsələ ondadır ki, Federal Təhqiqat Bürosunun  yeni , elektron data sistemində belə məlumatların heç də hamısı əks olunmur.  2022-ci ilin oktyabrında FTB tərəfindən açıqlanan vahid cinayət məlumatlar qrafasında  boşluqlar var. FTB rəsmi saytında 2020 ci il üçün ölkənin hüquq-mühafizə orqanlarının hesabatlarının  yalnız 52%-i yerləşdirilib,  2021-ci ilin tam 12 ayı üçün isə bir neçə bəndlər üzrə məlumatlar ümumiyyətlə mövcud deyil. FTB rəsmiləri bunu ölkənin ən böyük şəhərlərindən bəzilərinin hələ yeni  elektron hesabat formatına keçməməsi,  cinayət məlumatlarını daxil edə bilməməsi ilə izah ediib.

Hesabat  ölkənin iki ən böyük şəhəri, Nyu-York və Los Ancelesin şəhərlərində  nifrət cinayəti məlumatlarını tam miqyasda əks etdirmir, çünki bu məlumatlar database-ya əlavə olunmayıb.

Araşdırmanı apardığıməz bu gün üçün ölkənin 16 ştatın ən sıx məskunlaşdığı 130 şəhərindən ancaq 96 şəhərin göstəriciləri 2022 ci ilin  hesabatında əksini tapıb.

Ölkədə ənənəvi olaraq nifrət cinayətlərinin mediada daha az işıqlandırılmasını şərh edən ABŞ-da  Diffamasiyaya Qarşı geniş Liqa kimi fəaliyyət göstərən ADL media liqasının icraçı direktoru Conatan Qrinblatt rəsmi olaraq  bildirib ki, FTB  2021-ci il  hesabatı belə nifrət cinayətlərini tam əhatə etmir.

FTB məlumatları ölkədə “nifrət cinayətlərinin  rekord həddə çatması “ izahı ilə qismən gizlədib

Yəhudilərə qarşı nifrət aktları ilə bağlı cinayət və qeyri-cinayət məlumatlarını toplayan QHT 2021-ci ildə , sosial-internet ressurslardan əldə etdiyi məlumatlara görə, 2717 cinayəti qeydə alıb. Bu göstəriciləri isə  QHT-nin  1979-cu ildən -  bu cür məlumatları izləməyə başlamasından indiyədək antisemit cinayətlərində ən yüksək göstərici kimi elan edib.

Məlumatların gizlədilmısi üzərindən yaranan qalmaqallara görə FTB- nin dərc etdiyi press-relizində “Cinayətlər haqqında Vahid Hesabat Proqramı”nda Milli İnsidentlərə Əsaslanan Hesabatlandırma Sistemində qeydə alınan 11 milyondan çox cinayətin  məhz milli və dini nifrət zəmnində törədilməsini etiraf edib.

Bu faktlar ABŞ–ın daxili siyasətinin simasi idi, abba ölkənin siyasətinin simasi da daxilindəki narahat edici tendensiyalardan heç də geri qalmır.

Öncə onu qeyd edim ki, ABŞ xarici siyasətinin  əsl məqsədi daxili kapitalist qruplarının, ilk növbədə hərbi sənaye korporasiyaların iqtisadi maraqlarını təmin etmək üzərindən qurulub və  bu halda insan haqlarına riayət olunması ABŞ-ı çox az narahat edir. Son 30 il ərzində ABŞ başqa ölkələrin ərazisində 20-dən çox hərbi əməliyyatda iştirak edib, tez-tez öz müharibə prinsiplərini və çoxsaylı beynəlxalq müqavilələri pozub. ABŞ silahlı qüvvələri ən azı üç ölkədə dövlətçiliyi tamamilə məhv edib, ən azı 10 ölkə suverenliyini itirib və ya ABŞ-ın müstəmləkəsinə çevrilib, bir milyondan çox mülki şəxs öldürülüb, on milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İnsan haqqların pozulması haqqında danışırıqsa bura müharibələrin başlaması ilə mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi, yaşamaq hüququnun pozulması, birtərəfli sanksiyalar, həbs və işgəncələrdən sui-istifadə, dini etiqad azadlığının və insan ləyaqətinin tapdalanması və s. kimi cinayətlər aiddir.

Məsələn, Yaxın Şərqin bir çox ölkələrində ABŞ hərbçiləri nədənsə şübhəli və ya günahkar görünən hər hansı yerli sakini qeyri-qanuni  həbs edib , vəhşicəsinə işgəncə verib, ən əsası edam ediblər.

ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğu ölkəni fəlakətli vəziyyətə saldı və SSRİ-dən fərqli olaraq, ABŞ Əfqanıstan da daxil müdaxilə etdiyi  ölkələrin heç birində  mülki infrastrukturun inkişafı ilə heç vaxt məşğul olmadı, yalnız hərbi və siyasi amillərə diqqət yetirdi. Əfqanıstanda müharibə illərində törədilən cinayətlərin hesabatına görə, əfqan fermerlərin və mülki məhbusları edam olunması adi praktika imiş. Hərbi  patrul komandirləri döyüşdən öncə əsgərin adam öldürə bilməsinə əmin olmaq üçün   məhbusu güllələməyi tələb edib və bu “təcrübə” ölkədəki digər müdaxiləçi  hərbi qoşunlar tərəfindən də istifadə olunub. https://www.news.com.au/technology/innovation/military/shocking-claims-about-recruits-first-kill/news-story/1b775247b992b9f811a11aaa5d79f036

ABŞ-ın israrla Əfqanıstana tətbiq etməyə çalışdığı öz siyasi sistemi uğursuzluğa düçar oldu, ixrac etməyə çalışdığı dəyərlər isə mədəniyyət fərqliliyi üzərindən ona olan nifrəti daha da kəskinləşdirdi. Əfqanıstan təcrübəsi ABŞ-ı həm də güvənsiz global güc  ünvanı kimi təsdiqlədi. Belə ki, ABŞ onun  əhəmiyyəti itmiş bölgədə  fundamental humanitar məsələləri həll etmədən belə ölkəni tərk edə bilər. BMT-nin məlumatına görə, hazırda dünyada  ən ciddi ərzaq böhranı məhz Əfqanıstanda müşahidə olunur: 23 milyondan çox insanın yardıma ehtiyacı var. Əfqan əhalisinin 95%-dən çoxunun kifayət qədər qidası yoxdur. Bu vəziyyət həm də Amerikanın bu ölkədəki varlığının nəticəsidir.

ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya siyasəti

1990-1991-ci illərdə Fars körfəzində, 2001-2021-ci illərdə Əfqanıstana yerləşən Amerika qoşunlarının iyirmi illik mövcudluğu heç bir nəticə vermədi. Əfqanistanda isə ABŞ ordusu oranı tərk edən kimi , işğaldan əvvəl ölkəyə nəzarət edən radikal  qüvvələr yenidən hakimiyyətə qayıtdı.

ABŞ –ın 2003-2011-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda isə insanlıq tarixinin ən ciddi cinayətləri törədildi. ABŞ müdafiə nazirliyinin rəsmi məlumatına görə, müharibə illərində İraqa mülki obyektlərə 29166 raket və bomba zərbəsi endirilib. ABŞ hərbçilərinin kimyəvi silahdan, xüsusən ağ fosfordan və zənginləşmiş  urandan istifadə etməsi nəticəsində İraq əhalisi gələcək nəsillərə ötürülən genetik xəstəliklər qazandı. Çoxsaylı araşdırmalara görə, 2004-cü ildə ABŞ-ın bombaladığı İraqın Fəllucə şəhərində uşaq ölümü, xərçəng və leykemiyanın kəskin artması, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların bu gün tarixə məlum olan  göstəriciləri üstələyir. Ağ fosfordan əlavə,  İraqda  ABŞ hərbi mühəndisləri mərminin gücünü əhəmiyyətli dərəcədə artırdığına  görə zənginləşmiş urandan geniş istifadə edib.

Burda onu da qeyd edim ki, elm bu radioktiv elementin  şualama müddəti  təxminən 4,5 milyard il  iddia edir, yəni İraq xalqı bu izləri hələ bir neçə milyard il genlərində daşıyacaq. https://archive.thinkprogress.org/new-study-claims-increases-in-infant-mortality-and-cancer-in-fallujah-greater-than-in-hiroshima-d1d50b779132/

Müharibənin bitməsindən 20 il sonra da bu ölkədə ölümcül zorakılığın sonu yoxdur, təkcə 2023-cü ilin bu  ayında İraqda müxtəlif terror aktları nəticəsində ən azı 52 mülki şəxs güllələnib və ya öldürülüb, bu müharibənin izləridir.

2011-ci ildən Suriyada baş vermiş müharibədə isə ABŞ bu ölkədə vətəndaş müharibəsini təhrik etdi və nəticədə Suriyada sabitlik  pozdu.

Bir vaxtlar çiçəklənən Liviyada isə tamamilə xaotik və qeyri-mütəşəkkil siyasi sistem mövcuddur və artıq  bu ölkə vahid dövlət olmaqdan çıxıb.Yaxın Şərq insan haqları qruplarının açıqladığı hesabatlarda  ABŞ-nın Liviyada rejim dəyişikliyi uğrunda apardığı səkkiz aylıq müharibədə hərbi cinayətlər törətdiyinə dair təkzib olunmaz dəlillər var. Yaxın Şərq insan haqları qruplarının açıqladığı hesabatlarda 2011-ci il avqustun 9-da ABŞ hərbi qüvvələri Liviya paytaxtı yaxınlığındakı  Majer qəsəbəsinə endirdiyi zərbələr nəticəsində 33-ü uşaq olmaqla azı 85 mülki şəxs həlak olub. Majerə tətbiq olunan  iki hücum dalğasının hər ikisi gecə vaxtı ,  bombardman yerli vaxtla saat 23:00 radələrində heç bir xəbərdarlıq edilmədən həyata keçirilib, bu da insanların əksəriyyətinin evlərində olduğu zaman idi.

Qeyd edim ki, Majer qəsəbəsindəki zərbələr haqqında iddiaları ABŞ  hərbi komandanlığı  qəti şəkildə rədd etdi. Liviya hakimiyyəti və sivil cəmiyyəti  insidentin insanlığa qarşı cinayət kimi tanınmasını tələb etdikdə, onların tələbinə məhəl qoyulmadı.

Yuxarıda sadaladığım cinayətləri bir cümlədə ABŞ-ın  insan haqlarını sistematik şəkildə pozması,  müharibələrin başlaması, mülki əhalinin qırğınları, zorakı transformasiya, birtərəfli sanksiyalar, inkişaf, həyat və sağlamlıq hüququnun kobud şəkildə pozulması, “sivilizasiyaların toqquşması” vəziyyətinin yaradılması, o cümlədən dini azadlıq və insan ləyaqətinin pozulması kimi cinayətlər törətməsi kimi  sinifləşdirə bilərik.

ABŞ Liviyanın mülki yaşayış məntəqələrinə hava zərbələri endirərkən  Qərb media korporasiyası  dayanmadan “Liviyanın mülki əhalisinin müdafiəsi” tezisini təkrarlayırdı.

ABŞ-dan müharibə cinayətlərinin izlənməsinə tətbiq etdiyi qadağa

2003-cü ildə ABŞ Belçika məhkəmələrinə müharibə cinayətlərini harada törədilməsindən və təqsirləndirilən şəxsin vətəndaşlığından asılı olmayaraq mühakimə etməyə icazə verən Belçika müharibə cinayətləri qanununu boykot edərək NATO-nun maliyyə dəstəyini dayandırmaqla hədələdi. ABŞ-ın Belçikaya təzyiqi, 21-ci əsrin əvvəllərində törədilmiş hərbi cinayətlərin əksəriyyəti ilə birbaşa əlaqəli olan məhkəmə iddialarının əhəmiyyətli hissəsinin ABŞ prezidenti Corc Buşa qarşı açılması ilə bağlı idi.  Nəticədə, Belçika hökuməti hərbi cinayətlər qanununu ABŞ-ın xeyrinə yenidən yazmalı oldu, yeni redaksiyada yalnız Belçika ilə birbaşa əlaqəli olan cinayətlər nəzərdə tutuldu.

Amerika Birləşmiş Ştatları Belçika qanunvericiliyində dəyişikliyə nail olmaqla nəinki keçmiş cinayətlərə görə məsuliyyətdən azad oldu, həm də  törətməkdə davam etdikləri yeni hərbi cinayətlərə yol açdı.

ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyadakı qanlı siyasəti bu ölkənin hərbi sənaye korporasiyaların iqtisadi gəlirlərinin artmasından başqa  heç kimə xeyir gətirmədi. Ancaq, ABŞ-ın özünün siyasi  reputasiyası da müharibə cinayətləri və işgəncələrlə bağlı xəbərlərləin çoxluğunda ləkələndi.

Məsələn, 2004-cü ilin yazında Əbu Qreyb qalmaqalı bütün dünyada səs-küy saldı: Sən demə Amerika əsgərləri Səddam Hüseynin dövründən qorxunc reputasiyası olan həbsxanada eyni işgəncələri İraklılara qarşı istifadə ediblər.

ABŞ reputasiyasında ən böyük ləkə isə 2007-ci ildə Bağdadın səs-küylü Nisur Meydanında “Blackwater” özəl hərbi şirkətinin əməkdaşlarının  mülki etirazçıları  avtomat və pulemyotlardan fərq qoymadan atəşə tutmasi oldu. Nəticədə 17 nəfər mülki əhali, iki nəfər isə xarici jurnalist öldürüldü.

Reuters-in iki jurnalistinin İraqda öldürülməsi

2007-ci ildə Wikileaks “Girov cinayəti" adlı bir video paylaşmışdı. Videoda həmin il  iki hərbi helikopterın Bağdadın mərkəzi küçəsində  silahsız insanları atəşə tutması görüntüləri var idi.  Nəticədə ikisi Reuters jurnalisti  olmaqla azı 17 nəfər həlak olur, iki uşaq isə ağır yaralanır. https://www.dw.com/ru/kak-vrach-pytal-ljudej-v-frg-sudjat-sirijca/a-60481341

Kadrlarda  2 vertolyot patrulun  küçədə uzanmış, güllələnmiş insanların cəsədləri və yaralıları götürməyə gələn   mikroavtobusa da atəş açması da əks olunub.  Yaralılar arasında iki balaca uşaq da var idi.

Atışma baş verən günü Bağdadda Reuters xəbər agentliyinin iki jurnalisti öldürülməsi haqqında məlumatlar yayıldı.

Eyni gündə WikiLeaks Reuters-in baş redaktoru David Schlesinger-in bəyanatını dərc etdi və orada deyilir ki, “görüntülər hərbi jurnalistlərin işi ilə bağlı təhlükədən və bu işin bəzən hansı faciələrlə başa çatmasından xəbər verir.

ABŞ-ın Qarabağda Blokada reality shousuna dəstəyi

Ermənistanın Qarabağ və ətraf rayonları işğal altında saxladığı vaxtlarda ABŞ-ın analoji hadisələrə münasibətində tam fərqləndi. Bu illər ərzində Abxaziya, Cənubi Osetiya, Krım separatçılarına qarşı sərt qadağalar tətbiq edən Vaşinqton Qarabağdakı separatçı rejimə tam fərqli yanaşdı. Məsələn, Qarabağ işğal altında olan zaman ABŞ-ın Ermənistandakı səfirliyi çox rahat şəkildə quldurların rəhbəri Bako Saakyana və digər quldurlara viza verərək onların sərbəst şəkildə Birləşmiş Ştatlara Konqresində qonaq etdi. Onun ABŞ gediş-gəlişinə və ən əsası ABŞ-da mülkiyyət əldə etmək hüququna imkan yaratdı.

Bu Qarabağdan qeyri qanuni talanmış resursların hesabına alınmış mülkiyyət idi. Amma ayrı zamanlarda şəffaflığı prioritet elan, çirkli pulların yuyulmasına qarşı sərt mövqe sərgiləyən ABŞ Ədliyyə Nazirliyi onların maliyyəsinin mənbəyi ilə maraqlanmadı.

Günü bu gün də Qarabağda təbii resurların talanması hesabına milyarder olmuş şəxslərin, xüsusi ilə Ruben Vardanyanın hesablarına toxunulmur. Məsələn, Rusiya oliqarxlarını sanksiya siyahısına tərtib edərkən onun adını ora əlavə etməkdən çəkinir. Sakit Okeanda adalarda  rus oliqarxlarının mülkiyyətinin və yaxtalarının ovuna çıxan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi onun ABŞ-dakı mülkiyyətini görməməzlikdən gəlir. Avropa şəhərlərində  rus oliqarxlarının rəfiqələrinin  bank hesablarında sentləri sayan  ABŞ Xazinədarlığı özlərinin Kolambiya Ştatındakı banklardakı Ruben Vardanyanın maliyyəsinə toxunmur.

Vardanyan isə Qarabağda taladığı resursların hesabına ABŞ Demokratlar Partiyasına milyonlarla ianələr edir , əldə etdiyi çirkli maliyyə ilə ABŞ Nümayəndələr Palatasının spikerini İrəvana səfər təşkil edir və s.

44 günlük Vətən müharibəsindən sonra isə , 2021-ci ildə azad olunmuş Şuşaya diplomatik korpusun səfərində ABŞ səfirinin iştirak etməmədi. Ən əsası isə ,  ABŞ-ın ermənistandakı beynəlxalq hüquqa zidd mesajlar verən səfirindən fərqli olaraq Azərbaycandakı səfir və bu addımı Azərbaycan mediasında şərh etməyə lüzum görmədi. Azərbaycan mediasının informasiya əldə etmə , tirajlama hüququnu , bir sözlə Azərbaycan mediasının ifadə azadlığına hörmətsizlik göstərdi.

Qarabağda resursların talanmasının qarşısının alınmasına yönəlik ,  Azərbaycanın legitim haqqı olan Laçın yolunun şəffaflığının təmin olunması addımları  ABŞ-ın siyasi dairələrinə yaxın olan media orqanlarının xoşuna gəlməyib. Məsələn,  ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı bu zəmində böhtan kampaniyasına start verilib.

Əslində, bu, ABŞ-ın regional maraqlarına uyğun deyil, Qarabağda separatçı rejim Ukraynada, Gürcüstandakı separatçı rejimlərlə eyni medalın digər tərəfidir və bu hamıdan çox elə ABŞ siyasi elitasına məlumdur. Amma ABŞ-ın ən yeni tarixdə , xüsusi ilə prezident Baydenin dönəmində ölkənin milli maraqlarını  daxili siyasi və marjinal qrupların maraqlarına güzəştə getməsi tendensiyasi izlənilməkdədir.  

Bizə isə ehtimal etmək qalır ki, Ruben Vardanyan növbəti seçkilərdə Demokratlar Partiyasına neçə milyon ianə edəcək.

Yeganə Hacıyeva