ABŞ Dövlət Departamentində çalışan 4 yüksək vəzifəli şəxs istefa verib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, istefa verən şəxslər sırasında dövlət katibinin müavini Patrik Kennedi, köməkçiləri Coys Anne Barr və Mişel Bond, Xarici Nümayəndəliklər Şöbəsinin müdiri Centri Smis var.
Departamentdə müvəqqəti olaraq sözçü işləyən Mark Toner bu kimi istefaların normal gedişat olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər