ABŞ Dövlət Departamentindən Bakı-İrəvan münasibətləri ilə bağlı - Açıqlama

abs-dovlet-departamentinden-baki-irevan-munasibetleri-ile-bagli
Oxunma sayı: 1704

“İrəvan və Bakının münasibətlərin normallaşmasına doğru irəliləmək üçün real imkanları var. ABŞ tərəflərin yaxınlaşma istiqamətində atdığı addımları yüksək qiymətləndirir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanın hazırda münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var. 

Donfirdin sözlərinə görə, hər iki ölkə bu istiqamətdə vacib addımlar atıb.