ABŞ Dövlət Departamentindən Qazaxıstanla bağlı - Çağırış

abs-dovlet-departamentinden-qazaxistanla-bagli
Oxunma sayı: 3801

ABŞ Dövlət Departamenti amerikalıları Qazaxıstandakı nümayişlərdə iştirak etməməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Almatıda qonaqlar üçün konsulluğu bağlamaq qərarına gəlib.

Bildirilib ki, ABŞ-ın Almatıdakı Baş Konsulluğu səfərlər üçün bağlıdır. Konsulluğun işçiləri isə distant işə keçirilib.

Dövlət Departamenti amerikalıları Qazaxıstanda nümayişlərdən çəkinməyə, həmçinin, pəncərə və eyvanlardan uzaq durmağa, mümkünsə evlərini tərk etməməyə çağırıb.