ABŞ Dövlət Departamentindən səfirliyə hücuma reaksiya

abs-dovlet-departamentinden-sefirliye-hucuma-reaksiya
Oxunma sayı: 3093

ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanat Dövlət Departamentinin saytında dərc olunub.

“Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda qeyd olunub.