ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

abs-dovlet-departamentinin-numayendesi-bakiya-gelir
Oxunma sayı: 1297

ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk fevralda Bakıya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat veriblər.

Məlumata əsasən, S.Oudkirk “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının beşinci iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının beşinci iclası fevralın 20-də keçiriləcək.